AB-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulu Macarıstan tərəfindən əngəllənib.
AzerTimes xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“AB-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi var və o, təsdiq üçün Şuraya təqdim edilib. Lakin Macarıstan paketin təsdiqinə mane oldu. Hazırda bunun səbəblərini təhlil etməliyik”, – o bildirib.