Rusiyaya xoş gəlmisiniz! – Medvedyev

Rusiyaya xoş gəlmisiniz! – Medvedyev

Donbas, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlarda səsvermənin nəticələri göz qabağındadır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

“Referendumlar başa çatıb. Nəticələr bəllidir. Vətənə, Rusiyaya xoş gəlmisiniz!” – Medvedyev vurğulayıb.

Qeyd edək ki, Donetsk, Luqansk, eləcə də Zaporojye və Xersonda keçirilən qondarma seçkilərdə seçicilərin əksəriyyəti Rusiyanın tərkibinə keçməyin lehinə səs verib.

Teqlər: