Ölkəmiz Rusiyanın başlatdığı müharibədə uduzmayacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
“Müharibədə biz qətiyyən uduzmuruq, çünki həqiqət bizim tərəfimizdədir, Rusiya Federasiyası adlanan bu iyrəncliyə qarşı mübarizədə bizə kömək edən çox sayda ölkə var”, – A.Danilov vurğulayıb.
O, həmçinin vurğulayıb ki, cəbhədə çətin vəziyyətlərin olması göz qabağındadır:
“Müharibə çox mürəkkəb şeydir və bu və ya digər mövqe çox şeydən asılıdır”.