Rusiyaya silah komponentləri ən çox bu ölkədən gedir

Rusiyaya silah komponentləri ən çox bu ölkədən gedir

Rusiya hərbi texnikasında ən çox ABŞ şirkətlərinin komponentləri tapılır.

AzerTimes xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat Məktəbinin (KSE) hesabatında bildirilib.

“ABŞ şirkətləri Rusiyaya komponentlərin tədarükü baxımından liderdir. Onlardan sonra Yaponiya, Almaniya, İsveçrə, Tayvan, Niderland və Çindən olan istehsalçılar gəlir”, – hesabatda qeyd olunub.

Bildirilib ki, təhlil olunan 1057 komponentin 700-dən çoxu ABŞ şirkətlərinə məxsusdur.

Teqlər: