Rusiyaya sanksiyaların qlobal nəticələri budur

Rusiyaya sanksiyaların qlobal nəticələri budur

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təkcə Avropanın deyil, bütün dünyanın enerji təhlükəsizliyini təhdid edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak söyləyib.

O qeyd edib ki, bu sanksiyaların tətbiqi nəticəsində bir çox bazarda, ilk növbədə, qaz, kömür, neft məhsulları və elektrik enerjisi çatışmazlığı olan Avropa bazarında enerji resursları qıtlığı yaranıb.

“Bu qiymətlərin dəyişkənliyi öz növbəsində böhran anlarına gətirib çıxarır. Təkcə neftin, qazın, elektrik enerjisinin deyil, metalların, gübrələrin, bir çox sənaye mallarının və məhsulların da qiyməti qalxıb ki, bu da inflyasiyaya səbəb olur, iqtisadi artımı ləngidir”, – baş nazirin müavini vurğulayıb.

Teqlər: