Rusiyaya sanksiyaların memarı Ağ Evə qayıdır

Rusiyaya sanksiyaların memarı Ağ Evə qayıdır

Ukrayna müharibəsi başlayandan sonra Vaşinqtonun Moskvaya qarşı sanksiyalarının əsas memarı sayılan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Dalip Sinq əvvəlki vəzifəsinə qayıtmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“2022-ci ilin aprelində ABŞ administrasiyasını tərk edən Sinq Ağ Evə prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin beynəlxalq iqtisadi məsələlərə nəzarət edən müavini kimi qayıtmağı planlaşdırır. O, 2022-ci ilin yazından bu vəzifədə çalışan Maykl Paylı əvəz edəcək. Sinqin Ağ Evə qayıdışı Bayden administrasiyasının Konqresdən icazə almadan Ukraynaya yardım göstərməyin yollarını tapmaq cəhdləri fonunda baş verəcək”, – mənbə bildirib.

Teqlər: