Avropa Birliyi (AB) də eyni addımı atacağı təqdirdə Bern Rusiyaya qarşı sanksiyaları ləğv edəcək.
AzerTimes xəbər verir ki, bunu İsveçrənin iqtisadiyyat naziri Qay Parmelin deyib.
“AB sanksiyaları ləğv etsə, İsveçrə də qanuni çərçivəyə uyğun olaraq bunu edəcək”, – nazir bildirib.
Parmelin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların İsveçrə iqtisadiyyatına təsir etdiyini etiraf edib.