Avropa Komissiyası (AK) yaxın vaxtlarda AB-nin Rusiyaya qarşı sanksiyalarının 12-ci paketini təqdim edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri AK rəhbəri Ursula fon der Leyen deyib.
“Biz tezliklə 12-ci sanksiya paketini yeni qara siyahı ilə təklif edəcəyik”, – Leyen vurğulayıb.
O, sanksiya paketində neftin qiymətinin sərtləşdirilməsinə dair tədbirlərin də yer aldığını bildirib.