Rusiyaya qarşı sanksiyaların əleyhinəyik – Slovakiya

Rusiyaya qarşı sanksiyaların əleyhinəyik – Slovakiya

Slovakiya Rusiyaya sanksiyaların tətbiqinə qarşıdır və Ukraynaya heç bir silah və ya hərbçi göndərməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Juraj Blanar deyib.

“Sanksiya Avropa Birliyinə Rusiya iqtisadiyyatından daha çox zərər vurur. Bratislava Rusiyadan çox Slovakiyaya zərər verəcək heç bir sanksiyanı dəstəkləməyəcək”, – XİN başçısı bildirib.

Onun sözlərinə görə, Slovakiyanın yeni hökuməti ölkə anbarlarından Ukraynaya heç bir silah tədarük etməyəcəyək:

“Slovakiya Ukraynaya təxminən 40 milyon avroya başa gələn silah paketinin göndərilməsini dayandırıb. Bizim mövqeyimiz indi əvvəlkindən daha aydındır, çünki sərhəd yerindən tərpənmir və biz bu böhranın yeganə həlli olan atəşkəsə və sülh danışıqları prosesinə çağırırıq”.

Teqlər: