Avropa Birliyinə daxil olmaq Serbiya üçün strateji məqsəddir, lakin Belqrad Rusiyaya qarşı yönəlmiş sanksiya siyasətinə qoşulmaq niyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu Serbiya müdafiə naziri Miloş Vuçeviç deyib.
“Serbiya Avropa Birliyinin tamhüquqlu üzvü olmalıdır, çünki vətəndaşlarımız bundan faydalanacaqlar. Bu bizim strateji öhdəliyimizdir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Amma kimlərsə bu yolda milli DNT-mizdən imtina etməyimizi gözləyirsə, ciddi şəkildə yanılırlar. Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməmişik və etməyəcəyik. Biz Çinlə, eləcə də ərəb dünyası, Hindistan, Afrika və Amerika ilə tərəfdaşlığı davam etdirəcəyik”, – Vuçeviç bildirib.