Yeni antirusiya sanksiyalar paketi ilə Avropa Birliyinin onsuz da uğursuz sanksiya siyasəti qeyri-ciddi görünəcək.
AzerTimes xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Siyarto AB-nin sanksiya siyasətinin iflasa uğradığını vurğulayıb.
O qeyd edib ki, on üçüncü paket yalnız göstəriş üçün ola bilər: “Çünki Rusiyada praktiki olaraq heç bir təşkilat, sənaye və sanksiyalara daxil olmayan insanlar qalmayıb”.