Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Rusiyaya qarşı sanksiyalar genişləndirildi

Böyük Britaniya 22 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Rusiya Baş nazirinin müavini Denis Manturov, Federal Penitensiar Xidmətin direktoru Arkadiy Qostev, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova daxil edilib. Bundan əlavə, ölkənin regionlarındakı hərbi komissarlar da “qara siyahı”ya salınıb.

Teqlər: