ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar çərçivəsində daha 300-dən çox şəxsi qara siyahıya salacaq.
AzerTimes xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib.
“ABŞ 300-dən çox şəxsə, təşkilata, gəmilərə və təyyarələrə qarşı sanksiyalarını elan edəcək. Bu, sanksiyalardan yayınmanın, maliyyə vasitəçilərinin hərəkətlərinin, eləcə də Rusiyanın gələcək enerji və mədən potensialının qarşısın alınmasını əhatə edəcək”, – rəsmi qeyd edib.