BMT Baş Assambleyasının Rusiyanın Zaporojye AES-in ərazisindən çıxmasını tələb edən qətnaməsinin qəbulu zamanı tam 60 ölkə səsvermədə iştirak etməyib.
AzerTimes xəbər verir ki, qətnamənin lehinə 90, əleyhinə 9 ölkə səs verib.
Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, bütün BRİKS ölkələri, Səudiyyə Ərəbistanı, Misir, İran, İraq və s. səsverməyə qatılmayıb və ya bitərəf qalıb.
Postsovet ölkələrindən qətnaməni Baltikyanı ölkələr, Moldova, Ukrayna və Gürcüstan dəstəkləyib.