Rusiyaya qarşı növbəti sanksiya paketi elan olundu

Rusiyaya qarşı növbəti sanksiya paketi elan olundu

Ukrayna Rusiyaya qarşı növbəti sanksiya paketini təqdim edib. Məhdudiyyətlər Rusiyaya dəmir yolu daşımalarını həyata keçirən hüquqi və fiziki şəxslərə şamil ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında bildirilib.

Məlumata görə, söhbət 185 şirkət və fiziki şəxsdən gedir:

“Onların Ukraynadakı aktivləri bloklanıb, əmlak bizim müdafiəmiz üçün istifadə olunacaq. Ukrayna çalışacaq ki, oxşar bloklama digər ölkələr tərəfindən də tətbiq edilsin”.

Teqlər: