BMT Təhlükəsizlik Şurasındakı bəyanatlar Rusiya Federasiyasının daxili işlərinə müdaxilə cəhdidir.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski ölkədə keçirilən prezident seçkilərini tənqid edən Qərb diplomatlarına cavabında deyib.
O bildirib ki, ötəngünkü iclasda bir sıra Qərb diplomatları və onların müttəfiqləri Ukrayna ərazisində “saxta seçkilər” tezisini təkrarlayıblar:
“Mən bu zalda ölkəmizin daxili işlərinə qarışmaq üçün edilən tamamilə həyasız cəhdləri şərh etməyəcəyəm”.
Qeyd edək ki, ötən gün Rusiyada 3 gün davam edəcək prezident seçkiləri başlayıb.