Bu gün ölkədə sülhün və əmin-amanlığın qorunması, iqtisadi inkişafın təşviqi həmişəkindən daha vacibdir.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Tiflis şəhərinin meri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, müxalifətin gündəmi dövlət əleyhinə və bütün uğurlara qarşıdır:
“Müxalifətin hər günə dövlət əleyhinə yanaşmaları, bəyanatları var. Onların münasibəti, gündəmi tam olaraq dövlət əleyhinə yönəltmək və bütün uğurlara, bütün irəliləyişlərə qarşı çıxmaqdır. Bütün bunlara baxmayaraq, bu gün ölkəmizdə milli, vətənpərvər insanlardan ibarət hökumət var. Bu gün ölkədə sülhün və əmin-amanlığın qorunması, iqtisadi inkişafın təşviq edilməsi həmişəkindən daha vacibdir. Ona görə də Gürcüstan sanksiyalara qarışmayacaq, nə də Gürcüstanda ikinci cəbhə açılmayacaq”.