Avropa Birliyi Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.
AzerTimes xəbər verir ki, yeni sanksiya ilə Rusiyadan almaz idxalına qadağa tətbiq olunub.
Sanksiyaya əsasən, Rusiyaya qarşı ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri tətbiq edilib, həmçinin 29 şirkət və bir neçə şəxsi qara siyahıya salınıb.