Ukrayna ilə Rusiya arasında münaqişənin hazırkı mərhələsi döyüşlərin statik və uzun sürməsi ilə xarakterizə olunan mövqe müharibəsidir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “Rusiyanı məğlub etmək üçün nə lazımdır?” məqaləsində yazıb.
Onun sözlərinə görə, münaqişənin xarakterini manevr müharibəsinə doğru dəyişmək üçün Ukrayna bir sıra texnologiya və imkanlara, o cümlədən hava qüvvələri və radioelektron müharibədən tutmuş batareyaya qarşı mübarizəyə və mina partlayıcı avadanlıqlara qədər, sərmayə qoymalıdır.
Zalujnı qeyd edib ki, indiki müharibədə hava məkanına nəzarət həlledicidir.