Rusiyaya PUA hücumu edildi

Rusiyaya PUA hücumu edildi

Rusiyanın Podolsk şəhərinə PUA hücumu edilib.

AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

“Podolsk şəhərində hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nı məhv edib. İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb. Fövqəladə hallar xidmətinin mütəxəssisləri hadisə yerində işləyir”, – Sobyanin bildirib.

Rusiya Müdafiə Nazirliyi də PUA-nın yerli saatla 06:30 radələrində (Bakı vaxtı ilə 07:30) Moskva vilayətinin Podolsk şəhəri ərazisində vurulduğunu təsdiqləyib.

Teqlər: