Belarus iyunun 24-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Rusiyada üsyanını yatırmağa kömək etmək üçün briqada hazırlayıb.
AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belarus təhlükəsizlik qüvvələrinin bir briqadası üsyan cəhdiylə əlaqədar lazım gələrsə, Rusiyaya köçürülməsi üçün hazır idi”, – Lukaşenko bildirib.