Rusiyaya növbəti sanksiya: “Qazprom” da siyahıda varmı?

Rusiyaya növbəti sanksiya: “Qazprom” da siyahıda varmı?

Brüsseldə Avropa Birliyi (AB) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

“AB-nin Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırılıb. Bu sanksiyalar hələ ki əsasən qaydaların aydınlaşdırılmasına aiddir və enerji resurslarının nəqlinə heç bir məhdudiyyət qoymur”, – Siyarto qeyd edib.

O qeyd edib ki, AB-yə üzv olan bəzi dövlətlərin səylərinə baxmayaraq, “Qazprombank”a qarşı sanksiyalar tətbiq olunmayacaq.

Teqlər: