Rusiyaya məhsul ixracında Türkiyə 2023-cü ilin birinci yarısında Belarusu keçərək ikinci yeri tutub.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Rusiyaya idxalçı ölkələr arasında Çin birinci yerdədir – ümumi idxal həcminin 42%-i şərq ölkəsinə aiddir. Rusiyaya xaricdən idxal olunan bütün malların 13%-ni təmin edən Türkiyə ikinci yerdədir. Üçüncü yeri isə 12% ilə Belarus tutur. Həmçinin, ilk 5 idxalçı sırasına Honq-Konq və Qazaxıstan daxildir ki, bu da ümumi idxalın müvafiq olaraq 9% və 5%-ni təşkil edir”, – araşdırmada qeyd edilib.