Rusiyaya hücumlar: Bu hələ başlanğıcdır – Danilov

Rusiyaya hücumlar: Bu hələ başlanğıcdır – Danilov

Rusiyada ötəngünkü “reyd”lərə bənzər insidentlər daha çox olacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

“Rusiya vətəndaşlarının öz ərazilərində olmaq, seçim etmək hüququ var, bu, onların şəxsi hüququdur. Digər tərəfdən, indi orada totalitar sekta mövcuddur, bu da heç kimə rahatlıq vermir. Onlar isə başqa bir ölkənin olması, azadlıq üçün mübarizə aparırlar”, – deyə Danilov bildirib.

Danilov əlavə edib ki, Putin Ukrayna savaşının başlatması ilə Rusiyanın dağılmasına təkan verib.

Qeyd edək ki, ötən gecə Rusiya ərazilərinə Ukrayna diversiya-kəşfiyyat qrupları (Rusiyanın Azadlığı Legionu, Rusiya Könüllüləri Korpusu və Sibir batalyonu) hücumlar həyata keçirib.

Teqlər: