Rusiya Prezidenti Vladimir Putin yaxın saatlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Ehtimal olunur ki, əsas müzakirə mövzusu son saatlarda Kursk vilayətində yaranmış vəziyyətdir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Ukrayna ordusu Kurska hücum edib, 3 kəndi nəzarətə götürüb, Sucaya doğru irəliləyir. Hazırda ərazidə şiddətli döyüş getdiyi bildirilir.