Rusiyanın Belqorod vilayətində Ukraynanın kütləvi PUA hücumları səbəbindən yaralıların sayı 10-a çatıb, onlardan 6-ı xəstəxanadadır.
AzerTimes xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.
Qeyd edək ki, ötən gecədən Belqorodla yanaşı, Rusiya digər sərhədyanı zonalarında Ukrayna PUA-ları və diversiya-kəşfiyyat qrupları hücumlar həyata keçirib.