Rusiyaya gedən qazimiz komaya düşdü

Rusiyaya gedən qazimiz komaya düşdü

Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayonunun Qiyaməddinli kənd sakini Elşən Etibar oğlu Həsənova təcili yardım lazımdır.

AzerTimes-a Rusiyada yaşayan həmvətənlərimizin verdiyi məlumata görə, qazi Sankt-Peterburq vilayətinin Puşkin şəhərində yerləşən “Semaşko” adlı xəstəxanada yatır. Onun böyrəklərinin funksiyasını itirdiyi və komada olduğu bildirilir.

E.Həsənovun atası oğlunun komada olması xəbərini təsdiqləyib:

“İki qardaş ikisi də Rusiyaya qazanc məqsədi ilə gediblər. Oğlumun müharibədə aldığı zədə nəticəsində gözləri tutulmuşdu. Burada bir müddət müalicə aldı, lakin müalicənin keyfiyyəti olmadı. Mən özüm də Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Balama əlim çatmadığından ürəyim partlayır. Bir ata kimi hər kəsdən xahiş edirəm ki, mənim oğlumu sağ-salamat bizə təhvil verilməsinə yardım etsinlər. Mənə balamın quru nəfəsi bəs edir”, – ata deyib.

Məsələ ilə bağlı XİN-dən bildirildi ki, Puşkin şəhərində olan diasporumuzla əlaqə saxlanılacaq və qazimizə yardımla bağlı mütləq addım atılacaq.

Teqlər: