Rusiyaya dəstək verməyə hazırıq – İnterpol

Rusiyaya dəstək verməyə hazırıq – İnterpol

İnterpol “Krokus”dakı terror aktının araşdırılmasına kömək etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə İnterpolun baş katibi Yurgen Stok X sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

O, Moskvada baş verən dəhşətli hücumu pisləyib və Beynəlxalq Polis Təşkilatının (İnterpoll) “Krokus Siti Holl”da konsert zalında baş verən terror aktının araşdırılmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Teqlər: