Ayrılan vəsaitin (ABŞ hərbi yardımı – red.) Ukrayna hərbçilərinin əks-hücum tədbirlərini planlaşdırması üçün kifayət edib-etməməsinə gəlincə, bunu demək mənim üçün çox çətindir. Faktiki xərclərin nə olduğunu ancaq komanda bilir, biz isə ancaq ümumi rəqəmləri bilirik.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının nümayəndəsi İvan Timoçko deyib.
Onun sözlərinə görə, heç kim ictimai şəkildə sursatın ümumi həcmi və ya bütün silah çeşidini bilməyəcək:
“Yalnız vəd edilmiş silahlar Kiyevə gəldikdən sonra Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərargahı əks-hücum əməliyyatına başlamaq, ehtiyat qüvvələrinin sayını artırmaq və ya müdafiə strukturlarını gücləndirmək, hətta Rusiya ərazisində hərbi əməliyyatlar keçirmək barədə qərar verəcək. Xüsusilə, söhbət düşmənin hərbi zavodlarının və ya neft emalı zavodlarının dağıdılmasından gedir”.