Avdeyevkanın işğalı ruslara çox baha başa gəldi.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Ordumuzun manevrləri olduqca peşəkarcasınadır. Ruslara gəldikdə, onlar üçün bu şəhəri tutmaq çox baha başa gəlib. Onlar bu şəhər uğrunda xeyli sayda hərbçi və texnika itirdilər”, – Danilov bildirib.
O, Ukrayna ordusunun manevrlərində hər hansı faciəvi hal görmədiyini qeyd edib.