Rusiyaya avtomobil ixrac edən tək ölkə

Rusiyaya avtomobil ixrac edən tək ölkə

Çin Rusiyaya avtomobil ixracını qadağan etməyən tək ölkədir.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Bildirilib ki, Çin şirkətləri nəinki Rusiya bazarını tərk etməyib, əksinə, sanksiyaya görə Rusiyanı tərk edən avtomobil dillerlərinin yerini tutmağa çalışır və yeni müəssisələr açır.

“Çin avtomobillərinin Rusiyaya ixracı 40%-ə qədər artıb. Çin Rusiyaya antirusiya sanksiyaları tətbiq edən ölkələrdən “paralel idxal” həyata keçirir. Yeri gəlmişkən, bu cür “paralel idxal” həm də Ermənistandan baş verir”, – xəbərdə qeyd edilib.

Rusiyalı alıcılar Çin maşınlarından narazı olsalar da, onların alternativ seçiminin də olmadığı qeyd edilib.

Teqlər: