Xarkov vilayətinin azad edilmiş İzyum şəhərində Rusiya silahlı qüvvələrinə aid 13 çanta məxfi sənəd aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.
“Tapılan maddi sübutlar arasında Rusiya hərbçilərinin Ukrayna ərazisini işğal etmək barədə gizli döyüş əmri, Xarkov vilayətinin hərəkət marşrutu üzrə topoqrafik xəritəsi, tank briqadalarının hərbi heyətinin şəxsi heyətinin siyahıları, hərbi hissənin struktur bölmələrinin sənədləri və digər vacib məlumatlar yer alır”, – məlumatda qeyd olunub.