Rusiyaya ABŞ silahları ilə zərbə endirmək icazəsi… – Blinken

Rusiyaya ABŞ silahları ilə zərbə endirmək icazəsi… – Blinken

ABŞ Prezidenti Co Bayden Ukraynaya ABŞ silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək icazəsini istina etmir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken “Skay Nyus” telekanalına müsahibəsində deyib.

Belə ki, Blinkenə ABŞ prezidentinin belə bir addım atmağı düşünə biləcəyi barədə sual ünvanlanıb. Bununla bağlı dövlət katibi bildirib:

“ABŞ 2022-ci ilin fevralında Moskvanın işğalı başlayandan bəri Ukraynanın Rusiya təcavüzünü effektiv şəkildə dəf etmək üçün lazım olan hər şeyə malik olduğuna əmindir.

Vaşinqton həmçinin Ukrayna qüvvələrinin Qərb müttəfiqlərinin təqdim etdiyi mürəkkəb sistemlərdən istifadə edib-etməməsi kimi digər amilləri də nəzərə almalıdır”.

Teqlər: