Rusiyasız sülh prosesi ağlasığmazdır.
AzerTimes xəbər verir ki, bunu İsveçrə Prezidenti Viola Amherd Qlobal Sülh Sammitinin iclasının açılışında deyib.
Onun sözlərinə görə, uzunmüddətli həll hər iki tərəfi əhatə etməlidir:
“Beynəlxalq birlik olaraq biz yolun açılmasına kömək edə bilərik. Ona görə də buradayıq. Eyni zamanda, biz konkret məsələlərdə real irəliləyişə nail olmağa çalışırıq”.