Rusiyanın yüzlərlə hərbi obyekti ABŞ-ın uzaqmənzilli ATACMS raketlərinin əhatə dairəsindədir. ABŞ Rusiya ərazisinə hücum etmək üçün bu raketlərdən istifadəyə icazə verərsə, Ukrayna onları vura bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Rusiya öz təyyarələrini “Storm Shadow” və ATACMS raketlərinin əhatə dairəsindən çıxarsa da, xeyli sayda hərbi obyekti Qərb silahlarının əhatə dairəsində qalır. Rusiya təyyarələrinin ATACMS-in əhatə dairəsi daxilindəki 16 hava bazasından çıxarılması belə Ukraynanın yüzlərlə digər hərbi obyekə qarşı ATACMS-dən istifadə etməsinə icazə verilməsinin əhəmiyyətini azaltmır”, – hesabatda bildirilib.
İnstitut ATACMS raketlərinin əhatə dairəsində qalan Rusiya hərbi obyektlərinin yerlərinin xəritəsini də tərtib edib.