Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük Xankəndiyə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə kadrlar Teleqram sosial şəbəkəsinin erməni seqmentində yayılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü Ağdam rayonundan keçərək, Xankəndiyə doğru hərəkət edib.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndiyə getməsinə maneə törədirdi.