Rusiyanın Xəzərdən atdığı bütün raketlər məhv edildi

Rusiyanın Xəzərdən atdığı bütün raketlər məhv edildi

Ukrayna hava hücumundan müdafiə bölmələri 23 iyun gecəsi Rusiyaya məxsus 13 ədəd X-101 və X-555 qanadlı raketini və kəşfiyyat PUA-sını məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib.

“İyunun 23-də gecə saatlarında düşmən strateji təyyarələrdən Ukrayna ərazisinə zərbələr endirib. Bu dəfə Xmelnitski vilayətindəki hərbi aerodroma hücum edilib. Raket buraxılışları Xəzər dənizi üzərindən Tu-95 MS bombardmançılarından həyata keçirilib. 13 qanadlı raketin hamısı məhv edilib”, – məlumatda bildirilib.

Teqlər: