Rusiyanın Xersondakı qubernatoru öldürülüb?

Rusiyanın Xersondakı qubernatoru öldürülüb?

Xerson vilayətinin qubernatoru (işğaldan sonra Kremlin təyin etdiyi – red.) Vladimir Saldonun ölümü ilə bağlı yayılan xəbərlər doğru deyil.

AzerTimes xəbər verir ki, bu barədə qubernatorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu kimi feyk məlumatlar Ukrayna tərəfinin saxtakarlığından başqa bir şey deyil.

Qeyd edək ki, bundan əvvəl Vladimir Saldo 2022-ci ilin avqustunda baş vermiş zəhərlənməsinin təfərrüatlarını açıqlamışdı. Sonradan onun ritsin maddəsi ilə zəhərləndiyi məlum olmuşdu. Ristin kalium sioniddən bir neçə dəfə daha zəhərli olan təhlükəli hərbi kimyəvi maddədir.

Teqlər: