Rusiyaya Ukraynadakı genişmiqyaslı müharibə zamanı verdiyi itkilərdən sonra ordusunu bərpa etmək üçün beş il lazım olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Britaniya Müdafiə Qərargahının rəisi Entoni Radakin deyib.
“Rusiya müharibə başlayandan indiyə qədər 555 min əsgər itirib və biz hesab edirik ki, Putinə Rusiya ordusunu 2022-ci ilin fevralında olduğu səviyyəyə çatdırmaq üçün beş il, müharibənin üzə çıxardığı zəif cəhətləri düzəltmək üçünsə daha beş il lazım olacaq”, – o bildirib.