Rusiyanın Ukraynada ölən və ağır yaralanan hərbçilərinin sayı 190 min nəfər təşkil edir.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, Rusiyanın sağalaraq döyüş meydanına qayıda bilən yaralılarının sayı isə 290 min nəfərdir.
Britaniya MN “Vaqner” özəl hərbi şirkətinin itkilərini hesabata salmayıb.
Hüsabatda o da qeyd olunub ki, Rusiyanın Avdeyevkaya son hücumları itkilərinin 90% artması ilə nəticələnib.