Rusiyanın irəli sürdüyü sülh təşəbbüsü Ukraynadakı münaqişəni dayandırmağa və onun həllini diplomatik kanala daşımağa qadirdir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Primakov oxunuşları” forumunun iştirakçılarına müraciətində deyib.
Putin qeyd edib ki, forumda Rusiyanın Ukrayna böhranının sülh yolu ilə həlli təklifinə lazımi diqqət yetiriləcəyinə əmindir:
“Ümid edirəm ki, irəli sürdüyümüz təşəbbüsün mahiyyətinə belə varmaq istəməyən bir çox Qərb siyasətçisindən fərqli olaraq, forum iştirakçıları ona düşünülmüş və rasional yanaşacaq, bunun həqiqətən də münaqişənin dayandırılması, eləcə də onun siyasi-diplomatik həllinə keçmək imkanlarını nəzərdə tutduğunu görəcəklər”.