Rusiyanın Ukraynada məğlub olmasından qorxan 4 ölkə

Rusiyanın Ukraynada məğlub olmasından qorxan 4 ölkə

ABŞ Konqresinə bağlı “Atlantic Council” saytınında gedən “Çin, İran, Belarus və Ermənistan Rusiyanın Ukraynada məğlub olacağından qorxur” (China, Iran, Belarus, and Armenia all fear a Russian defeat in Ukraine) adlı məqalədə deyilir ki, bu siyahıda yer alan hər bir ölkənin Rusiyaya qələbə arzulamaqda öz marağı var və bu maraqlar fərqlidir.

AzerTimes xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, müəllif Taras Kuzio Çinin Rusiya-Ukrayna savaşında Putinin uduzacağı halda Qərbin daha da güclənəcəyini başa düşdüyünü yazıb:

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Vladimir Putindən başqa seçimi qalmayıb. Beynəlxalq sanksiyalar sərtləşir. Qərb texnologiyalarından uzaq düşmüş Rusiya alternativ hərbi yardım mənbəyi kimi İrana üz tutub. İranın pilotsuz təyyarələri və digər təchizatları müqabilində Moskvanın Tehranı döyüş təyyarələrindən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər hər şeylə təmin etdiyi, eyni zamanda İranın nüvə proqramına yardım etdiyi güman edilir…

Ermənistanda bəziləri Rusiyanın Ukraynada məğlub olması perspektivini ermənilər üçün ölüm-dirim məsələsi kimi görür. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ermənilərə xəbərdarlıq edib: “Rusiya Ukraynadakı müharibəni uduzsa, Ermənistanın başına nə gələcəyi barədə aydın təsəvvürə malik deyiləm”.

Məqalənin sonunda vurğulanır ki, əgər Rusiya Ukraynada məğlub olarsa, bu, bütün dünyaya təsir edəcək. Çin belə bir şokdan sağ çıxacaq qədər güclüdür, lakin geosiyasi cəhətdən zəifləyəcək. Belarus və İran rejimləri qeyri-müəyyən gələcəklə üzləşəcək və sağ qala bilməyəcəklər. Hazırkı şübhələrinə baxmayaraq, Rusiyanın məğlubiyyəti İrəvana Avropaya inteqrasiya yoluna qayıtmağa imkan verə bilər…”

Teqlər: