Ukrayana qarşı müharibənin məqsədi onun suverenliyini məhv etmək və siyasi hakimiyyəti dəyişməkdir.
AzerTimes xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Rusiyanın hərbi əməliyyatlarda ilkin məqsədi Ukraynada hakimiyyət dəyişikliyi və Donbasdan çox-çox kənarda yeni ərazi zəbt etməkdir:
“Rus qoşunları Slovyanskın şimal-qərbində və şərqində hücum əməliyyatlarını davam etdirərək, Lisiçansk ərazisindən qərbə, Seversk istiqamətində hərəkət etməyə cəhd ediblər. İşğalçılar cənubdan şəhərə doğru irəliləmək üçün Baxmutun cənub-şərqindəki kənd yollarına çıxış əldə etməyə çalışırlar. Rusiya hakimiyyəti əsgər itkisini kompensasiya etmək üçün işğal olunmuş ərazilərdə gücləndirilmiş hərbi xidmətə çağırış tədbirləri həyata keçirir. Kreml Ukraynanın işğal olunmuş əraziləri üzərində inzibati nəzarəti gücləndirməkdə davam edir. Bu ərazilərin birbaşa Rusiyaya birləşdirilməsinə şərait yarada bilər”.