Rusiyanın uduzacağına inanmaq illüziyadır – Vever

Rusiyanın uduzacağına inanmaq illüziyadır – Vever

Qərbdə heç kim Rusiyanın Ukrayna ilə müharibədə uduzacağına inanmır.

AzerTimes xəbər verir ki, bunu Belçika Baş naziri Bart de Vever deyib.

“İndiyə kimi heç vaxt başqa bir ölkənin dondurulmuş aktivləri oğurlanmayıb. Hətta İkinci Dünya müharibəsi zamanı belə Almaniyanın vəsaitləri müsadirə edilməyib, yalnız dondurulub. Müharibənin sonunda uduzan dövlət qaliblərə kompensasiya ödəmək üçün bu aktivlərdən tamamilə və ya qismən imtina etməlidir. Bəs Rusiyanın Ukraynada uduzacağına kim inanır? Bu, mifdir, tam bir illüziyadır”, – baş nazir bildirib.

Teqlər: