“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.
AzerTimes xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb. Berezutski bu vəzifədə Krunoslav Renduliçi əvəzləyib. Xorvatiyalı Renduliçin istefası bu gün rəsmi olaraq açıqlanıb.
Qeyd edək ki, bu, V.Berezutskinin baş məşqçi kimi ilk işi olacaq.
Vasili Berezutski daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın SSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və SSKA klublarında çıxış edib. O, Rusiyanın əsas millisində 101 oyun keçirib, 5 qol vurub.