Krımın Uzkaya buxtasında Rusiyaya məxsus sürət kateri vurulub.
AzerTimes xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Baş Kəşfiyyat İdarəsindəki mənbəyə istinadla məlumat yayıb.
“Mayın 6-sə gecə saatlarında Çernomorsk rayonundakı Uzkaya buxtasında sürət kateri “Maqura V5” dəniz dronu vasitəsilə məhv edilib”, – məlumatda qeyd olunub.