Avdeyevka istiqamətində Rusiyanın Su-25 hərbi təyyarəsi vurulub.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın 110-cu mexanikləşdirilmiş briqadası məlumat yayıb.
Qeyd edək ki, mayın 4-də də Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya məxsus daha bir Su-25 təyyarəsinin vurulduğunu bildirmişdi.