Rusiyanın strateji hədəfi Cənubi Qafqazın sabitlik zonasına çevrilməsidir – Zaxarova

Rusiyanın strateji hədəfi Cənubi Qafqazın sabitlik və çiçəklənmə
zonasına çevrilməsi, bu prosesə kömək göstərməkdir.

Trend-in
məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu istiqamətdə əsas məqsədlərdən biri Bakı ilə İrəvanın
münasibətlərinin kompleks normallaşması, dayanıqlı sülhün
qurulmasıdır. Bu baxımdan, səylərin təməlini liderlərin üçtərəfli
bəyanatları təşkil edir. Bu bəyanatlar barədə dəfələrlə danışılıb
və müddəalar ardıcıl icra olunur. Rusiya Bakı və İrəvandan
tərəfdaşlarına bütün istiqamətlərdə, o cümlədən, nəqliyyat
əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, ictimai dialoqun
və sülh dialoqunun qurulması məsələlərində hərtərəfli kömək
göstərir”, – M.Zaxarova deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: