Rusların “Storm-Z” piyada dəstələrinin şəxsi heyətinin 40-70%-i Avdeyevkaya hücum zamanı məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-nın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, “Storm-Z” hücum bölmələri əsgər heyətindən və məhbuslardan ibarət olub:
“Rusiya hərbi komandanlığı bu piyadalardan Avdeyevkaya cəbhədən hücumlarda istifadə edir. Bəzi iddialara görə, heyət artilleriya dəstəyi olmadan hücuma keçib. Avdeyevka istiqamətində və Baxmutun cənub cinahındakı “Storm-Z” hücum dəstələri bir neçə günlük aktiv əməliyyatlardan sonra orta hesabla şəxsi heyətinin 40-70% -ni itiriblər”.