Biz görürük ki, Qərb mediasında Ukraynanın guya silahları kimlərəsə verəcəyi və yaxud satacağı barədə çoxsaylı materiallar peyda olmağa başlayıb. Bu, Rusiyanın koordinasiya etdiyi xüsusi əməliyyatdır. Onun dəqiq məqsədləri var və buna səbəb də Rusiyanın cəbhədəki itkiləridir. Ukrayna ordusu Rusiya qüvvələrinin arxasındakı anbarları, sursatları, logistikanı məhv etməyə başlayıb, Rusiya isə bunu dayandırmağa çalışır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın ABŞ-dakı keçmiş səfiri, tanınmış diplomat Valeri Çalıy deyib.
Çalıy Rusiyanın bu feyk kampaniyasına qarşı mübarizə yolunu da göstərib:
“ABŞ-ın bütün istədiyi informasiyaları verməliyik ki, amerikalılar ağır silahların harada istifadə edildiyindən əmin olsunlar. Rusiya ağır silahların Ukraynaya verilməməsi üçün hər şey edəcək. Çünki bu, nəinki cəbhədə növbəti iki ayın nəticələrini, ümumilikdə Rusiya ilə müharibədə dönüş nöqtəsini müəyyən edən əsas məsələdir”.